Yaxın günlərdə gürcü tərəfinə Oşki monastırının reabilitasiya layihəsi təqdim ediləcək
Mədəni irsin qorunmasının milli agentliyinin direktoru Nikoloz Antidze Türkiyə tərəfi ilə danışıqlar barədə birinci kanal ilə söhbət etdi.
Nikoloz Antidze gürcü nümayəndə heyyətinin Ankaraya səfərini müsbət dəyərləndirir.
Onun bəyanatına görə, görüş zamanı söhbət, Tao-Klarceti ərazisində yerləşən önəmli gürcü mədəni abidələrin reabilitasiyası prosesinə gürcü tərəfinin də qoşulması məsələsi haqqında aparıldı.
Gürcü tərəfinə vəd edildi ki, layihəyə mütləq o da qoşulacaq.
“İşçi qrupunun yaradılması barədə razılaşma may ayında qoyulub. Müvafiq olaraq, 15 gün ərzində işçi qrupu yaradılacaq. Hazırda arxeloji işlərin layihəsi hazırlanır. Düşünürəm ki, bu görüş nəticəli oldu” – dedi mədəni irsin qorunmasının milli agentliyinin direktoru birinci kanal ilə söhbət zamanı.
Gürcüstanın nümayəndə heyyəti Türkiyəyə sentyabrın 7-də getdi və səfər sentyabrın 9-da başa çatacaq.
Nümayəndə heyyətinin tərkibinə Gürcüstanın Mədəniyyət Naziri Mixeil Giorqadze, nazir müavini Levan Xaratişvili, mədəni irsin qorunması agentliyinin direktoru Nikoloz Antidze və gürcü mütəxəssisləri daxildirlər.
Səfər çərçivəsində, Ankarada Mixeil Giorqadze Türkiyənin Mədəniyyət Naziri Numan Kurtuluş ilə görüşdü.
Gürcüstan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə razılaşma 2017 – 2021 ilə qədər, cari ilin mayın 23-də qoyuldu.