Yasin Əliyev - Hicab qadağan edilməməlidir, ancaq üzün tamamən qapanmasına məhdudiyyətlər qoyula bilər
Müsəlmanlar idarəsinin müftisi Yasin Əliyevin bəyanatına görə, “İnzibati hüquqpozuntular məcəlləsi” ilə hicab və burka qadağan edilməməlidir, ancaq üzün tamamən qapanılmasına məhdudiyyətlər qoyula bilər.
Jurnalistlərin suallarını cavablandırarkən, Yasin Əliyev “Vətənpərvərlər alyansı”-nın üzvü Emzar Kvitsiani tərəfindən hazırlanan qanunlayihəyə səsləndi və qeyd etdi ki, müsəlmanlar islam və terorizmin bir-biri ilə müqayisə edilməsini etiraz edirlər.
“Qanunlayihədə çadra və hicab da qadağan edilirdi və biz buna etiraz etdik, çünki çadra müsəlman geyimidir və bu təşəbbüs qanunlayihədən silindi. Ancaq, əllərin və üzün qapanması islam geyimi deyil və onun qadağan edilməsi ilə müsəlman qadınlarının hüquqları pozulmur. Üzün tamamən qapanılması konkret millətlərin adət-ənənələridir və hər müsəlmana aidiyyatı yoxdur. Belə ki, üzün qapanılmasının qadağan edilməsinə etirazımız yoxdur, amma çadra və hicab olmalıdır” – dedi müfti.
Bugün parlamentdə müzakirə edilən qanunlayihəyə əsasən, ictimai yerlərdə çadra və hicabla gəzmək 500 lari ilə cərimələndiriləcək, ikinci cərimə isə, 1500 lari olacaq.