Yaralı məhbusun ailə üzvləri, onu müalicə üçün İsrailə göndərilməsini tələb edirlər
Yaralı məhbusun ailə üzvləri, onu müalicə üçün İsrailə göndərilməsini tələb edirlər

Yaralı məhbusun ailə üzvləri, onu müalicə üçün İsrailə göndərilməsini tələb edirlər.

Məhbusun anasının dediyinə görə, yaralının vəziyyəti ağırdır.

“Heç nə dəyişməyib, vəziyyət dəqiq olaraq eynidir. Bizdə məlumat var ki, onu xilas etmək mümkündür, uşağı İsrailə aparmaq şansı var. Mən hər kəsdən xahiş edirəm, günah kimindir, kim deyil, kimə cəzaçəkmədə aiddir, sizdən xahiş edirəm, mənə kömək edin və mənə apartdırın, uşağı xilas etdirin, onu İsrailə aparmaq istəyirik”, – yaralının anası, Natoya Şengeliya bəyan etdi.

Bununla yanaşı, “Psixi Sağlamlıq və Narkomaniyanın Prevensiyası Mərkəzi” MMC-də xüsusi İstintaq Xidməti tərəfindən məhkum Q.S.-nən sağlamlığına dəymiş ziyan faktı ilə bağlı araşdırmalara başlanılıb.

İdarədə açıqladıqlarına görə, Xüsusi İstintaq Xidməti tərəfindən hadisə yerinə baxış keçirilib, sonrakı araşdırmalar üçün zəruri nümunələr götürülüb, hüquq-mühafizə orqanlarının əməkdaşları dindirilir, eləcə də hadisəni əks etdirən videoçəkilişlər istintaq tərəfindən əldə edilib.