Yaponyada isti hava temperaturuna görə, 3 400-dən artıq insan xəstəxanaya aparıldı, onlardan üçü isə, həyatını itirdi
Yaponiyada aşırı dərəcədə isti havalar yeddi gündür davam edir. Bu barədə məlumatı yerli medya yayır.
Rəsmi göstəricilərə görə, iyunun 25-dən iyulun 2-nə qədər Yaponiya ərazisində hava temperaturu 30 dərəcədən aşağı düşmür. İstiyə dayana bilməyən 3 473 vətəndaş xəstəxanaya yerləşdirildi. Onlarda bədən susuzlaşdırılması müşahidə olunur.
Yaponiya iqtidarı əhaliyə müraciət edir ki, çox miqdarda su içsinlər və günəşdən uzaq dursunlar.
Xatırladaq ki, keçən il Yaponiyada istidən 44 nəfər həyatını itirdi.