Yaponiyanın Okinava adasında yerləşdirilmiş amrikalı hərbçilərinə spirtli içkilərin istifadəsini qadağan edildi
Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə spirtli içkilərin istifadəsini qadağan edib.
Buna səbəb bazar günü adadda amerikalı hərbçinin iştirakı ilə baş vermiş yol qəzası olub. Belə ki, Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.
Yerli polisin verdiyi məlumata görə, amerikalı hərbçinin idarə etdiyi avtomobil qırmızı işıqda yolu keçib. Nəticədə baş vermiş yol qəzasında yaralanmış 60 yaşlı Yaponiya vətəndaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.