Yaponiyanın kruiz gəmisindəki 10 nəfərdə koronavirus infeksiyası aşkarlandı
Yaponiyanın kruiz gəmisindəki 10 nəfərdə koronavirus infeksiyası aşkarlandı

Yaponiyanın kruiz gəmisindəki 10 nəfərdə koronavirus infeksiyası aşkarlandı.

BBC-nin məlumatına görə, sərnişinlərinin yarısının infeksiyalı olduğu ehtimal edilən gəmidə, tam 3 700 nəfər var.

Həkimlər 300 nəfəri yoxladılar və yoxlanış yenə davam edir.

Ölkənin Səhiyyə Nazirliyi infeksiyaya yoluxanların sayının artacağını istisna etmir.

Kruiz gəmisi Yoko-Hama limanında dayanıb. Gəmi sərnişinlərdən koronavirus infeksiyası ilk öncə 80 yaşlı kişidə aşkarlandı.

Virusa yoluxan 10 nəfərin yaşı 50-dən yuxarıdır.

Yayılan məlumata görə, onlardan ikisi Yaponiya vətəndaşıdır, ikisi Avstraliyalı, biri isə, amerikalıdır.

Son məlumata görə, Çində koronavirus nəticəsində, 490 nəfər həlak olub.

İnfeksiyaya yoluxanların sayı isə, 24 000-dən artıqdır.