Yaponiyalı jurnalistlər Gürcüstanın turizm potensialı ilə tanış olublar
Gürcüstanın Milli Turizm Administrasiyası Gürcüstanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə ən məşhur səyahət nəşrlərindən biri olan “Transit”in jurnalistlərini qəbul edib.
Yaponiyanın ən məşhur nəşrinin jurnalistləri Gürcüstanın regionlarına səfər ediblər. Onlar Acaranın yüksək dağlıq ərazisində , İmereti, Kaxetidə olublar.
Yaponiyanın ən böyük “Transit” nəşrində Gürcüstanın turizm potensialı haqqında məqalələr dərc olunacaq.
Məlumatı Gürcüstanın Milli Turizm Administrasiyası yayıb.