Yaponiyada son 24 saat ərzində koronavirusun 746 yeni halı aşkar edildi
Yaponiyada son 24 saat ərzində koronavirusun 746 yeni halı qeydə alındı, beş pasiyent isə, vəfat etdi.
Məlumatı “CNN” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
746 yeni haldan 21 halı ölkənin paytaxtı Tokiyoda qeydə alındı.
Pandemiyanın başlamasından bu günə qədər Yaponiyada koronavirus 63 219 insanda təsdiq olundu, 1 194 pasiyent vəfat etdi.