Yaponiyada “Mekhala” tayfununun yaxınlaşması səbəbindən 2 milyon nəfərin təxliyəsi elan edilib

10:33, 26.06.2026

Yaponiyada “Mekhala” tayfununun yaxınlaşması səbəbindən 2 milyon nəfərin təxliyəsi elan edilib

Yaponiya hakimiyyəti “Mekhala” tayfununun ölkənin bir sıra bölgələrində daşqın və torpaq sürüşmələrinə səbəb olacağını bildirərək əhalini xüsusi ehtiyatlı olmağa çağırıb.

Məlumata görə, güclü yağış və külək artıq Yaponiyanın cənub və qərb adalarını vurub.

Pis hava şəraiti səbəbindən 200-dən çox aviareys ləğv edilib. Dəmir yolu nəqliyyatında da ciddi gecikmələr və məhdudiyyətlər yaranıb.

KİV-in məlumatına görə, “Mekhala” tayfunu artıq Tayvana da çatıb. Güclü yağışlar səbəbindən adada təxminən 6 milyon sakin işə və ya təhsil müəssisələrinə gedə bilməyib.

Oxşar