Yaponiyada meqa zəlzələnin artan riski haqqında xəbərdarlıq yayıblar
Yaponiyada meqa zəlzələnin artan riski haqqında xəbərdarlıq yayıblar

 
Yaponiyada meqa zəlzələnin artan riski haqqında xəbərdarlıq yayıblar. “BBC”nin yazdığı kimi, bu, Yaponiyada gözlənilən meqa zəlzələ haqqında xəbərdarlığın yayılmasının ilk halıdır.

Bəyanatda vətəndaşları ayıq-sayıq olmağa çağırırlar, lakin qeyd olunub ki, xəbərdarlıq zəlzələnin qaçılmaz olması demək deyil.

Bu xəbərdarlıq Yaponiyanın Kiusiu adasının cənub hissəsində 7,1 bal gücündə zəlzələ qeydə alındıqdan sonra yayılıb. Təbii fəlakət tələfat və dağıntı ilə müşaiyət olunmayıb. Lakin, mütəxəssislər narahatdırlar, çünki bu zəlzələnin episentri Yaponiyanın Sakit okean sahilləri boyunca uzanan seysmik baxımdan aktiv zona olan Nankai çökəkliyinin yaxınlığında yerləşirdi.

“BBC”nin yazdığı kimi, ən son bu yerdə baş verən zəlzələ nəticəsində minlərlə insan həlak olub. Dırnaqarası meqa zəlzələlər 90-200 ildən bir baş verir. Sonuncu belə fəlakət 1946-cı ildə qeydə alınıb.

“BBC” ilə söhbət zamanı ekspertlər yaxın 30 ildə Nankai çökəkliyi ərazisində 8 və ya 9 bal gücündə zəlzələnin baş verməsi ehtimalının 70-80% olduğunu bildirirlər.