Yaponiyanın əhəmiyyətli industriya mərkəzi olan liman şəhəri Fukuokada gürcü şərabının geniş miqyaslı təqdimatı keçirildi.
Bu barədə məlumatı Milli Şərab Agentliyi yayır.
Tədbirin təşkilatçısı, Milli Şərab Agentliyinin kontraktoru olan marketinq şirkəti Red Bridge-in rəhbəri və şərab magistri Keniçi Ohaşi idi.
Gürcü şərabının dequstasiyasına Yaponiyalı somelye Hiroşi İşida rəhbərlik edirdi.
Milli Şərab Agentliyinin məlumatına görə, dequstasuyada 100-ə qədər şərab mütəxəssisi, şərab idxaıçısı və restoran sahibi iştirak edirdi.
Təqdimatda iştirak edən qonaqlardan bir neçəsi həmin gün gürcü şərabını öz restoran menyusuna daxil etmək istədiyini bildirdi.
Milli Şərab Agentliyinin məlumatına görə, cari il Gürcüstandan Yaponiyaya 73 min şişədən artıq şərab idxal edilib, ki bu, 139%-lə keçən ilin göstəricilərindən artıqdır.