Yaponiyada gözlənilən tayfuna görə, dörd milyon insanın evakuasiyası üçün rekomendasiya verildi
Yaponiyada gözlənilən “Hagibis” tayfununa görə, dörd milyon insanın evakuasiyası üçün rekomendasiya verildi.
Bu barədə məlumatı “Doiçe Velle” yayır.
Təbii fəlakət nəticəsində, 50 mindən artıq ailə elektrik enerjisiz qalıb.
Bu vaxt üçün Tokionun iki hava limanı və dəmir yollarının işi dayandırılıb.
Təhlükəsizliyin qorunması üçün ölkə iqtidarı mağazaların və fabrikaların bağlanması ilə bağlı qərar verdi.
Yaxın günlərdə Yaponiyaya hücum etməsi gözlənilən tayfun, son 60 ilin ən güclü təbii fəlakəti olacaq.
Bu vaxt üçün mövcud olan məlumata görə, təbii fəlakət nəticəsində bir nəfər həlak olub beşi isə, xəsarət alıb.
Tayfuna görə, Yaponiyada Dünya Reqbi Çempionatı da təxirə salındı.