Yaponiya PURL proqramı çərçivəsində Ukraynaya 14,6 milyon dollar ayırıb

15:39, 30.05.2026

Yaponiya PURL proqramı çərçivəsində Ukraynaya 14,6 milyon dollar ayırıb. Bu barədə Ministry of Foreign Affairs of Japan-ın bəyanatında bildirilir.

Qurumun açıqlamasına görə, ayrılan vəsait yalnız qeyri-ölümcül təyinatlı avadanlıqlar üçün nəzərdə tutulub.

“Yaponiya ədalətli və davamlı sülhün əldə olunması üçün Ukraynaya dəstəyini davam etdirəcək və Yaponiya–NATO əməkdaşlığını daha da gücləndirmək niyyətindədir”, – deyə bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, PURL (Ukraine Priority Requirements List – Ukraynanın Prioritet Tələblər Siyahısı) NATO üzvü olan ölkələrin Amerika istehsalı silahları satın alaraq daha sonra onları Ukraynaya təhvil verməsini nəzərdə tutan proqramdır.

Oxşar