Yaponiya Parlamenti ilə Dostluq Qrupunun üzvləri Yaponiya parlamentinin, hökumətinin və gürcü diasporunun nümayəndələri ilə görüşlər keçirirlər
Gürcüstan parlamentinin Yaponiya parlamenti ilə dostluq qrupunun üzvləri Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin rəhbərliyi ilə Yaponiyada rəsmi səfərdədirlər.
“Səfər çərçivəsində Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsinin sədri Beka Odişaria Yaponiyanın xarici işlər nazirinin müavini Yumi Yoşikava ilə görüşüb. Tərəflər bir-birinə hörmət etdiklərini və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istəklərini bildiriblər.
Beka Odişaria vitse-naziri gürcü xalqının Avropa ailəsinin tamhüquqlu üzvlüyünə dair çoxəsrlik istəkləri ilə tanış edib, onunla Gürcüstanda gedən Avropaya inteqrasiya və digər demokratik proseslər barədə danışıb.
“Odişariya Yumi Yoşikavaya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, kömək etmək istəyinə və səmimi qonaqpərvərliyinə görə təşəkkür edib”, – məlumatda deyilir.