Yap De Hoop Sxeffer - Putinin radikalizasiyasına Gürcüstan haqqında Buxarest sammitinin qərarı səbəb oldu
2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi NATO-Buxarest samitində qəbul edilən qərarın nəticəsidir, – bu bəyanatı Şimali Atlantka Alyansının sabiq baş katibi Yap De Hoop Sxeffer Nieuwsuur verlişindəki müsahibəsində verdi.
Onun dediynə görə, Buxarest sammiti komunikesinin yayılmasından sonra, hansında ki, NATO Ukrayna və Gürcüstan üçün bir qapı açdı, Putin şəxsən onun yanına getdi və dedi: “Cənab baş katib, bu heç vaxt olmayacaq”.
Yap de Hoop Sxefferin bəyanatına görə, Buxarest sammitində verilən qərara ABŞ-ın sabiq prezidenti Corc Buş lobbilik edirdi, Almaniyanın kansleri isə, buna qarşı idi.
Son nəticədə NATO yenə də Gürcüstan və Ukrayna üçün açıq qapı Buraxdı.
NATO-nun sabiq baş katibi illər sonra bəyan edir ki, o zaman Putinin reaksiyasını yetəri qədər ciddiyə almadı, halbuki tərəflər arasında balansın qorunması üçün daha çox şey etməli idi.