Yanvarın birindən yük və minik avtomobilləri üçün texniki baxış şərtləri sərtləşir
Yanvarın birindən yük və minik avtomobilləri üçün texniki baxış şərtləri sərtləşir

2018-ci il yanvarın 1-dən yük maşınları və sərnişin avtomobilləri üçün texniki baxış şərtləri sərtləşir və mərhələ şəklində digər nəqliyyat növlərinə də aid olacaq.

2018-ci il iyulun birindən, texniki baxış şirkət və dövlət strukturları mülkiyyətində olan avtomobillər, 2018-ci il oktyabrın birindən isə mühərriki 3 ton və ya artıq olan avtomobillər keçəcəklər.

2019-cu il yanvarın 1-dən başlayan növbəti mərhələ mühərrikinin 3 min santimetrdən az olan avtomobillərə aid olacaq.

Texniki baxışın qiyməti minik və yedəkli avtomobil üçün 60 lari, yük və sərnişin avtomobilləri üçün isə 100 lari olacaq. Əgər sürücü nasazlığı bir aylıq müddətdə aradan qaldırmasa, 50 lari ilə cərimələnəcək. Hüquqi şəxs üçün isə cərimə 200 larini təşkil edəcək.

Cərimə müddətin pozulamsına da aiddir. Lakin bu təqdirdə şirkət ilə birlikdə 50 lari ilə sürücü də cərimələnir.

 

Avtonəqliyyat vasitəsinin texniki baxış zamanı: mühitə mənfi təsir, yəni tüstü, əyləc, sükanla idarə sistemləri, faralar, elektik quruluş, oxlar, təkərlər, şassi və onun tərkib hissələri yoxlanacaq.

O ki qaldı icra mexanizminə, patrul polisinin avtonəqliyyatın texniki baxışdan keçib keçməməsi statusu haqqda məlumatı olacaq.