Yanvarın 3-dən yanvarın 6-sı da daxil olmaqla istirahət günləri müəyyən edilib
Yanvarın 3-dən yanvarın 6-sı da daxil olmaqla istirahət günləri müəyyən edilib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən, Gürcüstanın Ümumi İnzibati Məcəlləsi ilə müəyyən edilmiş inzibati orqanlarda çalışanlar üçün 2023-cü ilin yanvarın 3-dən yanvarın 6-sı da daxil olmaqla istirahət günləri müəyyən edilib.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili artıq müvafiq sərəncamı imzalayıb.

Sərəncamda qeyd edildiyi üzrə, inzibati orqan onun tabeliyində olan və sistemə daxil olan- funksiyalarının yerinə yetirilməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət daşıyan xidmət və işçilərə bu sərəncamın şamil edilməyəcəyini müəyyən edir.

Sərəncam Gürcüstan Milli Bankının nəzarətinə tabe olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə şamil edilmir.

Bununla yanaşı, yuxarıda qeyd olunan sərəncam “Dövlət satınalmaları haqqında” Gürcüstan qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.