Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda yanvarın 3-5-də Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) arabir yağış, dağlıq və yüksək dağlıq bölgələrdə bəzi yerlərdə güclü qar, çovğun, duman, şaxta, qar uçqunu təhlükəsinin gözlənildiyi deyilir.
Bundan əlavə, sinoptiklərin proqnozuna görə, dənizdə 3-4 ballıq fırtına mümkündür.
Milli Ətraf Mühit Agentliyindən açıqlandığı üzrə, güclü qar yağması, görmə məsafəsinin zəifləməsi, çovğun, buz və qar uçqunu təhlükəsi ilə əlaqədar avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür.
“Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin formalaşmasına və aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyindən bildirilib.