Yanvarın 25-i saat 23:00-dan 26-sı səhər saat 06:00-dək Qori tunelində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində profilaktik işlərin aparılması məqsədilə 2023-cü ilin yanvarın 25-i saat 23:00-dan yanvarın 26-sı saat 06:00-dək tunelin Senaki-Tbilisi istiqamətində istənilən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlanması dövründə avtonəqliyyat axını daxili dövlət əhəmiyyətli Qori tunellərindən yan keçən avtomobil yoluna yönəldiləcək.