Yanvarın 21-dən 23-dək Gürcüstanın dağlıq rayonlarında qar, çovğun, duman gözlənilir
Yanvarın 21-dən 23-dək Gürcüstanın dağlıq rayonlarında qar, çovğun, duman gözlənilir

Yanvarın 21-də günün ikinci yarısından yanvarın 23-dək Gürcüstanın dağlıq rayonlarında arabir, bəzi yerlərdə intensiv qar yağacağı, çovğun, duman, yolların sürüşkən olacağı gözlənilir.

“Çovğun, görmə məsafəsinin azalması və yolların buz bağlaması ilə əlaqədar magistralların müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.