Yanvarın 14-16-da Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin Gürcüstana səfəri planlaşdırılır
Avropa Şurası Parlament Assambleyası tərəfindən davam edən monitorinq proseduru çərçivəsində, həmməruzəçilər Klod Kern (Fransa, “Liberal Demokratlar Alyansı”) və Edit Estrella (Portuqaliya, “Sosial Demokrat Partiyası”) yanvarın 14-16-da faktaraşdırıcı missiya ilə Gürcüstana gələcəklər. Bu barədə Avropa Şurası Parlament Assambleyasının saytında dərc olunmuş press-relizdə deyilir.
Mətbuat relizinə görə, səfər həmməruzəçilərin görüşəcəyi həmsöhbətlərin legitimliyinin və ya fikirlərinin təsdiqi kimi qəbul edilməməlidir.
“Səfərin məqsədi Gürcüstanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirməkdir. Xüsusilə, oktyabr seçkilərindən sonra yaranmış siyasi böhran və Aİ-yə üzvlük danışıqlarının dayandırılması fonunda. Səfər zamanı həmməruzəçilər bütün əsas siyasi partiyaların rəhbərliyi, müvafiq dövlət rəsmiləri və institutları, həmçinin vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətlə görüşəcəklər. Bu, müntəzəm monitorinq səfəridir və həmməruzəçilərin görüşdüyü həmsöhbətlərin legitimliyinin və ya fikirlərinin siyasi təsdiqi kimi qəbul edilməməlidir”. – press-relizdə deyilir.
Mətbuata verilən məlumata görə, həmməruzəçilər həbsləri və ittihamları narahatlıq doğuran saxlanılan bəzi nümayişçilərə baş çəkməyi planlaşdırır. Bu kontekstdə Assambleyanın Sədri həmməruzəçilər ilə məsləhətləşərək 23 dekabr 2024-cü il tarixində Venesiya Komissiyasından İnzibati Xətalar Məcəlləsi, xüsusən də sərbəst toplaşmaq azadlığı ilə bağlı təcili qiymət verilməsini xahiş etdi.