Yanvarın 1-dən uşaq bağçalarının tikintisi və bərpası proqramına başlanılacaq
Biz uşaq bağçalarının tikintisi və bərpası proqramına başlayırıq ki, bu da bizə ümumilikdə 1,3 milyon lariyə başa gələcək – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.
Baş nazir proqramın üç mərhələdə həyata keçiriləcəyini bildirib. Birinci mərhələ 2023-cü ilin yanvarın 1-dən başlayacaq və onun maliyyələşdirilməsinə 100 milyon lari ayrılacaq.
“Təhsil istiqamətində büdcəni 400 milyon lari artırdığımızı xatırlayırsınız. Bu çərçivədə biz 500 məktəbin tikintisini və bərpasını planlaşdırmışıq, lakin əlavə olaraq təhsilin maliyyələşdirilməsinə 150 milyon laridən çox vəsait ayıracağıq. Sizə vacib bir qərar haqqında məlumat vermək istəyirəm. Ölkə miqyasında bağların çox təəssüf doğurucu vəziyyətdə olduğunu bilirsinizmi? Bununla bağlı İrakli Karseladze mənim tapşırığımla məsələ ilə məşğul olub. Məlum oldu ki, 885 uşaq bağçasının tikinti və bərpaya ehtiyacı var, bu səbəbdən biz uşaq bağçalarının tikintisi və bərpası proqramının həyata keçirilməsinə başlamaq qərarına gəldik. Bu proqram üç mərhələdə həyata keçiriləcək və birinci mərhələyə 2023-cü ilin yanvarın 1-dən başlayacağıq. Bu proqramın maliyyələşdirilməsində 100 milyon lari istifadə olunacaq. Ümumilikdə bu, bizə 1,3 milyon lariyə başa gələcək və ölkə miqyasında bağlar tam bərpa olunacaq və yeniləri tikiləcək.
Analoji proqrama başladığımızı və yanvarın 1-dən məktəblərin tikintisinə, bərpasına başlanılacağını bilirsiniz. Burada da 800-ə yaxın məktəb var. Gələn il 500 məktəbə başlayırıq, bu da gələcək nəsil üçün vacibdir. Ölkəmizin gələcək nəsli, uşaqlar sağlam, həqiqətən yaxşı mühitdə böyüməlidirlər. Biz buna uşaq bağçalarından başlamalıyıq, sonra məktəb, universitetlərdə. Bundan əlavə, məktəblərdə kompyuter laboratoriyalarının təşkilinə 30 milyon laridən çox vəsait ayrılır ki, bu da çox vacibdir”, – deyə baş nazir bildirib.