Yanvarın 1-dən sosiyal paketlər və pensiya artır.
Artan sosiyal paketdən 114 minə qədər məhdud fiziki imkanlı şəxs istifadə edəcək. Qeyd olunan paket 20 lari ilə artacaq.
Bu məqsəd üçün ayrılan məbləğin illik həcmi 35 milyon laridir.
2020-ci ilin yanvarın 1-dən, pensiya yaşlı vətəndaşlar 20 lari ilə artmış pensiya alacaqlar.
İyulun 1-dən isə, 70 yaşdan yuxarı olan pensionerlərin və 18 yaşına qədər məhdud fiziki imkanlı şəxslərin sosiyal paketindəki artım 30 lari olacaq.
Yeni ildən, dağ yerlərindəki kəndlərdə yaşayan pensionerlər 220 lari yerinə, 264 lari pensiya alacaqlar. İyulun 1-dən isə, 70 yaşdan yuxarı olan dağ sakini 300 lari alacaq.