Yanvarın 1-dək peyvənd olan  pensiyaçılara 200 larilik birdəfəlik məbləğ ödəniləcək
Yanvarın 1-dək peyvənd olan pensiyaçılara 200 larilik birdəfəlik məbləğ ödəniləcək

Yanvarın 1-dək peyvənd olunan hər bir pensiya alan şəxs 200 lari məbləğində birdəfəlik pensiya əlavəsi alacaq.

Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

“Bu gündən yanvarın 1-dək peyvənd olunacaq hər bir pensiyaçıya 200 lari məbləğində birdəfəlik pensiya əlavəsi veriləcək. Əlavə ilk peyvənddən sonra, dekabrın 1-dən veriləcək”, – Ğaribaşvili bildirib.