Yanvar-Oktyabr aylarında Gürcüstan üçün ən iri ixrac ölkəsi Çin, ən iri idxal ölkəsi isə, Türkiyə oldu
2020-ci ilin yanvar-oktyabr aylarında Gürcüstan üçün on iri ixrac ölkəsinin ixrac hissəsi, 76.5 faiz təşkil etdi.
Bu göstəriciləri Gürcüstanın statistika departamenti yayır.
Milli Statistika departamentinin məlumatına görə, ən iri ixrac üçlüyündə birinci yeri 418.9 milyon ABŞ dolları ilə, Çin tutur. İkinci yerdə 364.6 milyon dollar ilə, Azərbaycandır, üçüncü yerdə isə, 351.2 milyon ABŞ dolları ilə Rusiyadır.
Eyni dövrün ən iri idxalçı ölkəsinin idxal hissəsi 70.0 faizi təşkil etdi.
İlk üçlükdə birinci yerdə 1 131.3 milyonABŞ dolları ilə Türkiyədir, ikinci yerdə, – 709.9 milyon ABŞ dolları ilə Rusiyadır və üçüncü yerdə, 572.9 milyon dollarla Çindir.
SakStatın məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında, ən iri on ticari partnyor ölkələrinin Gürcüstanın ticari dövriyyəsndəki hissəsi 70.6 faizi təşkil etdi.
Ölkənin ən iri ticari partnyorları Türkiyədir – 1 287.5 milyon ABŞ dolları, Rusiya – 1 061.1 milyon dollar və Çin – 991.8 milyon ABŞ dolları ilə.