Yanvar ayında Kutaisi Beynəlxalq Hava Limanında sərnişin axını 53%, uçuşların sayı isə 56%-lə artıb
2023-cü ilin yanvar ayında Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanında sərnişin axını 53%-lə artıb. Gürcüstan Hava Limanları İttifaqının məlumatında yanvarda Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanından 85 508 sərnişinin istifadə etdiyi deyilir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar ayında eyni hava limanında 55 895 sərnişin qeydə alınıb.
Sərnişin axınından başqa ilin əvvəlində Kutaisi Beynəlxalq Hava Limanında reyslərin sayında da artım müşahidə olunub. Yanvarda hava limanında uçuşlar 56%-lə artıb və 294 reysə xidmət göstərib. (2019-cu ilin yanvarı – 188 uçuş).
Gürcüstan Hava Limanları İttifaqının məlumatında bu mərhələdə beş aviaşirkətin Kutaisi Beynəlxalq Hava Limanında 17 ölkənin 28 istiqaməti üzrə fəaliyyət göstərdiyi deyilir.
Xatırladaq ki, 2023-cü ilin iyun ayından etibarən WIZZ AIR Kutaisi Beynəlxalq Hava Limanına bazalaşdırılmış üçüncü təyyarəni geri qaytaracaq və Madrid, Brüssel, Frankfurt, Hamburq və Poznana müntəzəm reyslərə başlayacaq. 2023-cü ilin iyunun 4-dən isə aşağı büdcəli qazax aviaşirkəti FlyArystan Almatı-Kutaisi-Almatı istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.