Yanvar ayında qanunsuz taxta-şalban əldə edilməsi və daşınması ilə əlaqədar 104 fakt aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyinin regional meşə xidmətlərinin əməkdaşları tərəfindən cari ilin yanvar ayında ölkə miqyasında qanunsuz taxta-şalban əldə edilməsi və daşınması ilə əlaqədar 104 fakt aşkar edilib.
Agentlik tərəfindən verilən məlumatda Milli Meşə Agentliyinin və Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən ümumilikdə 333 361 kubmetr müxtəlif növ ağac, o cümlədən 118,67 kubmetr odun, 214,691 kubmetr ağac materialın ələ keçirildiyi deyilir.
Kaxeti Meşə Xidmətinin əməkdaşları tərəfindən 30 qanunsuz taxta-şalban əldə edilməsi faktı, yeddi – Kvemo Kartli, dörd – Mtsxeta-Mtianeti, 13 – Şida Kartli, on – Samtsxe-Cavaxeti, 21 – İmereti, bir – Quria, iki- Raça-Lechxumi – Kvemo Svaneti, 16- isə Sameqrelo-Zemo Svaneti Meşə Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib.
Qanun pozuntusu ilə bağlı müvafiq sənədlər tərtib edilib, nəqliyyat vasitələri möhürlənərək qurumun “işgüzar meydançalarına” təhvil verilib. İşin materialları sonrakı tədbirlər üçün aidiyyəti qurumlara göndərilib.