Yanoş Herman – Rusiya ilə bir çox mövqeyimiz dənk gəlmir və bunlardan biri də Gürcüstan məsələsidir
Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Herman Rusiyaya qarşı rəsmi Londonun mövqeyinə səslənir və ona həmrəy olduğunu bildirir.
Hermanın Birinci Kanala verdiyi bəyanatına görə, qeyd olunan məsələ ilə bağlı Avropa İttifaqı Böyük Britaniya ilə tamamilə razıdır.
“Keçən günlərdə biz Böyük Britaniya ilə həmrəy olduğumuzu bildirdik. Mən bilirəm ki, Rusiya ilə bir çox mövzu ilə bağlı mövqeyimiz dənk gəlmir və bu məsələlərdən biri də Gürcüstandır, ancaq bu bəyanatdan irəli getməyəcəm. Sadəcə onu deyə bilərəm ki, biz Böyük Britaniya ilə tamamilə həmrəyik” – dedi Yanoş Herman.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan etdi ki, Britaniya Rusiyanın ali iqtidarı ilə hər səviyyədə əlaqələri dayandırır.