Yanoş Herman - Gürcüstanda Avropa İttifaqının dəstəkçilərinin sayı stabildir
Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Hermanın bəyanatına görə, Gürcüstanda Avropa İttifaqının dəstəkçilərinin sayı stabildir, ancaq onların azalma və artma ehtimalı yenədə mövcuddur.
Bu sözlərlə Yanoş Herman jurnalistlər tərəfindən NDİ-ın keçirdiyi sorğunun nəticələri barədə verdiyi sualları cavablandırdı. NDİ-ın keçirdiyi sorğuya əsasən, Avropa İttifaqının dəstəkçilərinin sayı Gürcüstanda 80%-dən 72%-ə endi.
Son tədqiqata əsasən, dəyişiklik diapazonu gah yuxarı qalxır, gah aşağı düşür. Biz bu tədqiqatlara diqqət yetiririk və təbii ki, səbəblərini də araşdırırıq. Bu mərhələdə,tədqiqat nəticələrində hərhansı bir təhlükə görmürük” – dedi Yanoş Herman.
NDİ tədqiqatına əsasən, sorğulananların 72%-i üçün Gürcüstanın Avropa İttifaqına qoşulması məqbuldur.