Yanğınsöndürən-xilasedicilərə müasir standartlara uyğun alova davamlı forma və xüsusi avadanlıqlar verilib
Yanğınsöndürən-xilasedicilərə müasir standartlara uyğun alova davamlı forma və xüsusi avadanlıqlar verilib

 

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin Yanğın-xilasetmə Qüvvələri Şöbəsinin yanğınsöndürən-xilasedicilərinə müasir standartlara uyğun alova davamlı forma və xüsusi avadanlıqlar verilib-bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayır.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yaydığı məlumata əsasən Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Teimuraz Mğebrişvili xüsusi hallara reaksiya baş idarəsinin bazasında yeni, beynəlxalq EN standartına uyğun forma-avadanlığı yoxlayıb.

İdarədən verilən məlumatda bildirilir ki, tədbirdə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisinin birinci müavini Roin Varşanidze və Yanğın-xilasetmə Qüvvələri Şöbəsinin rəisi Davit Suxişvili iştirak ediblər. Yanğına reaksiya üçün nəzərdə tutulmuş 1000 ədəd forma yanğın-xilasetmə bölmələrinə veriləcək.