Yanğınsöndürən-xilasedicilər iyunun 13-də həlak olanların xatirəsini yad ediblər
Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin nümayəndələri iyunun 13-də dünyasını dəyişənlərin memorialına gediblər və həlak olanların xatirəsini yad ediblər.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, Fövqəladə Halların İdarəedilməsi Xidmətinin nümayəndələri iyunun 13-də həlak olan yanğınsöndürən-xilasedici Zurab Muzaşvilinin doğma kəndində, Ağaianidə olublar, dünyasını dəyişən qəhrəmanın ailə üzvləri ilə birlikdə onun adını daşıyan memorialı əklillə bəzəyiblər.
“Zurab Muzaşvili 2015-ci ilin iyunun 13-də digər yanğınsöndürən-xilasedicilərlə birlikdə fəlakətin episentrində, Vere vadisində çalışırdı. O, daşqın zamanı 6 nəfərin həyatını xilas edə bildi, özü isə təhlükəsiz yerə çıxa bilmədi” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.