Yanan mağazaların sahibləri bəyan edirlər ki, hər birinə vurulan zərərin həcmi ən az 20 min laridir
Yanan mağazaların sahibləri bəyan edirlər ki, hər birinə vurulan zərərin həcmi ən az 20 min laridir

Hazırda Tsabadze küçəsinə, “Terqo” bazarında mağazaları olan şəxslər yığılıblar.

Onlar mallarının nə qədərinin yanğından xilas edildiyini öyrənməyi gözləyirlər.

Dünən gecə onlar baza ərazisinə girməyə çalışdılar, ancaq polis onlara mane oldu.

Mağaza sahiblərinin əksəriyyəti bəyan etdi ki, malları sığortalanmamışdı.

Bazar ərazisində çalışanlar, yanğının qəsdlə çıxardılması versiyasını da istisna etmirlər.

Mağaza sahibləri deyirlər ki, hər birinə vurulan zərərin həcmi ən az 20 min laridir.