Yan Kelli - Vətəndaşlara başa salmalıyıq ki, mütləq vizaliberalizasiya qaydalarına riayət etsinlər
“ABŞ-ın Gürcüstandaki səfirinin bəyanatına görə, vətəndaşlara vizaliberalizasiya qanunlarına nəyə görə riayət etmələri gərəkdikləri haqqında daha geniş məlumat verilib, təfərruatlı şıkildə başa salınmalıdır”.
Bu barədə bəyanatı Yan Kelli jurnalistlər tərəfindən, Gürcüstan iqtidarının vizaliberalizasiyanın qoruması üçün nə etməsi gərəkdiyi haqqında suallarına cavab olaraq verdi.
“Bu sualı məncə yaxın dostum Yanoş Hermana sormalısınız. Mən düşünürəm ki, tək yol vətəndaşlara daha detallı məlumat verməkdir” – dedi Yan Kelli.
Yan Kelli baş nazir Giorgi Kvirikaşvili və Təhlükəsizlik və İnkişaf Mərkəzinin direktoru Levan Dolidze ilə bərabər Strateji Komunikasiyalarla bağlı treninqin açılışında iştirak etdi.