Yan Kelli - Saakaşvili ilə bağlı hadisələrin siyasi təsiri haqqında sadəcə onu deyə bilərəm ki, bizim üçün əsas prioritet Gürcüstanın stabil bir ölkə olmasıdır
ABŞ-ın Gürcüstandaki səfiri Yan Kellinin bəyanatına görə, o Mixail Saakaşvilinin Ukraynadan Polşaya qovalanması prosesini diqqətlə izləyir. Səfir qeyd etdi ki, əsas odur ki, bu proses ədalətli olsun.
Bu prosesin Gürcüstan siyasətinə ola biləcək təsiri haqqında suallara isə, cavab olaraq, Yan Kelli bəyan etdi ki, əsas prioritet Gürcüstanın güclü və stabil bir ölkə olmasıdır.
“Düşünürəm ki, Gürcüstan bütün resurslarına müraciət edərək, sadəcə stabil və güclü bir ölkə olmağa çalışmalıdır ki, gələcəkdə öz xalqının firəvanlığını təmin edə bilsin. Və bütün qərarları Gürcüstan müstəqil şəkildə verməlidir, çünki o müstəqil bir ölkədir” – dedi Yan Kelli.