Yan Kelli - Nazirliklərin struktur dəyişiklikləri arxasında duran motivi dəstəkləyirik
ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli, nazirliklərin struktur dəyişikliklərini dəstəklədiyini bildirir. Onun sözlərinə görə, bu, idarəetmənin optimallaşdırılmasıdır.
“Biz nazirliklərin struktur dəyişiklikləri arxasında duran motivi dəstəkləyirik. Bu, idarəetmənin optimallaşdırılmasıdır. Biz yeni nazirlərlə görüşü səbirsizliklə gözləyirik, baxmayaraq ki, onları artıq tanıyırıq, onlarla əməkdaşlığı gəzləyirik və gələcəkdə də davam etdirəcəyik”, – Kelli bəyan etdi.
Gürcüstan hökumətindəki struktur və kadr dəyişiklikləri nəticəsində, nazirliklərin sayı 18-dən 14-ə qədər azaldılacaqdır.