Yan Kelli - NATO-ya üzv olarkən qərarları Rusiyanın nə edib, etməyəcəyini düşünərək verməməliyik
“NATO nə Rusiya üçün, nə də Avropanın hərhansı bir ölkəsi üçün təhlükə deyil,” – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Yan Kelli verdi.
Onun dediyinə görə, NATO-nun, sadəcə olaraq, onun tələblərinə uyğun olan ölkələr üçün açıq qapı siyasəti var.
“NATO nə Rusiya üçün, nə də Avropanın hərhansı bir ölkəsi üçün təhlükə deyil. Düşünürəm ki, NATO ilə bağlı qərarlar verərkən, Rusiyanın nə edib, etməyəcəyini düşünməməliyik. NATO-nun baş katibi artıq qeyd etdi ki, Gürcüstanın NATO-nun üzvü olmaq üçün bütün gərəkli instrumentləri var.
Qərarları isə, faktlara dayanaraq verməliyik” – dedi Yan Kelli.