Yan Kelli - Məscidi, Sinaqoqayı, erməni kilsəsini yan-yana görüncə, anladım ki, Gürcüstanın gələcəyi Avropadadır
“Gürcüstan Avropa sivilizasiyasıdır və Avropa ailəsinin və Avroatlantik birliyinin üzvüdür. Məscidi, Sinaqoqayı, erməni kilsəsini yan-yana görüncə, anladım ki, Gürcüstanın gələcəyi Avropadadır – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Yan Kelli Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia ilə görüş zamanı verdi.
“Ürəyim ağırlaşıb, çünki on gündən sonra Gürcüstandan gedirəm. Gürcüstan hər zaman ürəyimə yaxın olub və burada sevə-sevə işləyirdim” – dedi Yan Kelli.
Yan Kellinin dediyinə görə, Gürcüstan və gürcü xalqı xüsusidirlər.
“Əsrlər boyu öz maraqları olan böyük miqyaslı ölkələrin arasında olan Gürcüstanın öz dilini, dinini və özünə məxsusluğunu qoruması, həqiqətən də bir möcüzədir. Düşünürəm ki, bu möcüzənin səbəbi kilsədir. Gücüstanın ən ağır vəziyyətlərinə onu xilas edən kilsə olub.
“Buradan getmədən öncə, Gürcüstanın Katalikos-Patriarxı Pak və Müqəddəs İkinci İliayaya dərin hörmətini bildirmək istəyirəm” – dedi Yan Kelli.
ABŞ səfirinin dediyinə görə, o 1989-cu ildə baş verən qanlı hadisələri yaxşı xatırlayır və Patriarxın xalqı qan götülməsindən qorumağa çalışdığını da yaxşı görürdü.
Yan Kelli Gürcüstan Partiarxına uzun ömür və can sağlığı arzuladı.