Gürcüstan hərşeydən öncə plyuralist və azad medyayı qoruyub, onu inkişaf etdirməlidir, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Yan Kelli medya, iqtidar və QHT-lərlə vida görüşü zamanı verdi.
Yan Kelli qeyd etdi ki, azad medyasız demokratiya olmur.
“ABŞ prezidentlərindən Tomas Cefferson demişdi: “Əgər məndən soruşsalar idtidar mı olsun, yoxsa medya mı, mən heç düşünmədən ikincisini seçərdim”. Düçünürəm ki, onun mövqeyi doğrudur, çünki azad medyasız demokratiya mümkün deyil” – dedi Yan Kelli.
“Gürcüstanın gələcəyi qərblədir. Bunu hələ 1976-cı ildə gördüm. Sizin azadlıq sevginiz, fərqli ideyalarınız, sizi hələ o vaxtlardan fərqləndirirdi və göstərirdi ki, Gürcüstanın yeri qərbdir və gec-tez yolu qərbə doğru gedəcək” – dedi səfir.