Yalnız “Beeline”-nin iştirak etdiyi dövlət tenderi dayandırıldı.
Qərarı tender komissiyası qəbul etdi. İclasda Satınlmalar Agentliyinin sədri Levan Razmadze, Rəqabət Agentliyinin sədri Nodar Xaduri, İnfrastruktur, Maliyyə və Daxili İşlər nazirlərinin müavinləri iştirak edirdilər.
Yeni tenderin bəyan edilməsinə qədər bazarda mövcud olan mobil operatorları il məsləhətləşmə görüşləri planlaşdırılır. Tender şərtlərinin yenidən baxılması da mümkündür.
Bənzər tender, yenə də yalnız “Beeline”-nin iştirak etdiyi tender ötən il də dayandırıldı. Yeni tenderdə isə, bazarda mövcud olan hər üç şirkət qalib gəldi. Söhbət dövlət idarələrində işlə təmin olunan təxminən 260 min abunəçidən gedir.