Yaxın üç gün ərzində Gürcüstanda havanın temperaturu 16 dərəcəyədək yüksələcək
Milli Ətraf Mühit Agentliyi yanvarın 15-18-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Qurumdan verilmiş məlumatda, yanvarın 15-16 və 18-də Gürcüstanda havanın yağmursuz keçəcəyi, gecə şaxtanın zəifləyəcəyi, gündüz saatlarında temperaturun yüksələcəyi deyilir. Yanvarın 17-də bəzi rayonlarda yağış yağacağı gözlənilir. Tbilisidə hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +9, +11 dərəcəyədək yüksələcək.
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda, sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): 15-16 və 18 yanvarda havanın yağmursuz keçəcəyi, yanvarın 17-də isə yağış yağacağı deyilir. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti) yanvarın 15-16-da və 18-də hava yağmursuz keçəcək, yanvarın 17-də isə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +11, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +5, +10 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) yanvarın 15-16-da və 18-də hava şəraiti yağmursuz keçəcək, yanvarın 17-də isə qar yağacaq. Havanın temperaturu gündüz 0,+5 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +6, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) hava şəraiti yağmursuz olacaq. Havanın temperaturu gün ərzində +6, +11 dərəcə təşkil edəcək.
Həmçinin, Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumata əsasən, Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro) yanvarın 15-16-da və 18-də hava şəraiti yağmursuz keçəcək, yanvarın 17-də isə bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz saatlarında +3, +8 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında 0,+5 dərəcə təşkil edəcək.
Hava haqqında ətraflı məlumatı www.meteo.gov.ge linkindən əldə etmək olar.