Yaxın Şərqdə gərginlik fonunda Co Bayden və Kamala Harris milli təhlükəsizlik komandası ilə görüşüblər
Yaxın Şərqdə gərginlik fonunda Co Bayden və Kamala Harris milli təhlükəsizlik komandası ilə görüşüblər

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Yaxın Şərqdə mövcud gərginlik fonunda milli təhlükəsizlik komandası ilə görüşüblər.

Medianın yazdığı kimi, amerikalı rəsmi şəxslər bildiriblər ki, milli təhlükəsizlik komandası Bayden və Harrisə İran və “Hizbullah”ın İsrailə qarşı hücumu nə vaxt həyata keçirəcəyinin bilinmədiyini deyib. Həmçinin, Bayden və Harrisə hücumun xüsusiyyətləri ilə bağlı çox az məlumatın olduğunu deyiblər.

Bununla yanaşı, görüşdə Yaxın Şərqdə mövcud gərginliyin azaldılması imkanları müzakirə edilib, o cümlədən atəşkəs və girovların azad edilməsi sazişi vasitəsilə.

Görüş başa çatdıqdan sonra Ağ Ev, Amerika Birləşmiş Ştatlarının bir neçə amerikalı hərbçinin yaralanması ilə nəticələnən İraq bazasına edilən raket hücumuna cavab verəcəyi haqda məlumat yayıb.

Məlumat üçün bildirək ki, İraqda hərbi bazaya hücum nəticəsində azı 5 amerikalı əsgər yaralanıb. Bu haqda məlumatı “Reuters” agentliyi amerikalı rəsmi şəxslərə istinadən yayır.

Rəsmi şəxslər, ehtimal olunan raket hücumunun İraqda Al-Asad aviabazasına həyata keçirildiyini bildiriblər. Təhlükəsizlik xidmətindəki mənbə qeyd edib ki, İraqın qərbində yerləşən baza istiqamətində iki ədəd “Katyuşa” raketi buraxılıb və onlar bazaya düşüb.