Yaxın iclaslarda Gürcüstan iqtidarı "Anaklia İnkişafı Konsorsiumu" ilə investisiya razılaşması məsələsini müzakirə edəcək
“Anaklianın inkişaf konsorsiumu” iqtidarla razılaşmanın öhdəliklərini yerinə yetirə bilmədi, – bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin bəyanatında deyilir.
“İctimaiyyətə məlum olduğu kimi, “Anaklianın İnkişaf Konsorsiumu” 2019-cu ilin sonuna qədər, beynəlxalq banklarla 400 milyon dollarlıq kreditin verilməsi haqqında müqavilələri və potensial investorlardan alınan 120 milyon dollarlıq razılaşmaları təqdim etməli idi.
Təəssüf ki, üzun sürəli təxirə salınmalara baxmayaraq, konsorsium iqtidarla qoyduğu razılaşmanın öhdəliklərini yetirə bilmədi” – deyilir bəyanatda.
Nazirliyin məlumatına görə, yaxın iclasda, Gürcüstan iqtidarı konsorsiumla qoyulan razılaşmayı müzakirə edəcək və böyük strateji əhəmiyyət daşıyan layihənin davam etməsi üçün müvafiq qərarlar verəcək.