Yaxın günlərdə Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir
Ətraf Mühit üzrə Milli Agentliyin yaydığı məlumata əsasən martın 1-i günün ikinci yarısından martın 4-dək Gürcüstanda havanın yağmurlu keçəcəyi, yağıntının aran rayonlarında və dağlıq bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə qar şəklində düşəcəyi, bəzi yerlərdə, əsasən də ölkənin qərb hissəsində intensiv olacağı gözlənilir.
Sinoptiklərin proqnozlarına əsasən, qarın intensiv şəkildə əriməsi və onu müşaiyət edəcək mümkün güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.
“Dağlıq bölgələrdə yüksək hava temperaturu ilə əlaqədar qarın intensiv şəkildə əriməsi və onu müşaiyət edəcək mümkün güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, yüksək dağlıq ərazilərdə isə qar uçqunlarının əmələ gəlməsinə və sürüşmə proseslərinin aktivləşməsi- başlamasına səbəb ola bilər”- deyə Ətraf Mühit üzrə Milli Agentlikdən bildirirlər.