Yaxın günlər ərzində Gürcüstanda havanın yağmurlu keçəcəyi gözlənilir
Yaxın günlər ərzində Gürcüstanda havanın yağmurlu keçəcəyi gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda iyunun 6-7-də Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, Şərqi Gürcüstanda dolu düşə biləcəyi deyilir. Gündüz saatlarında havanın temperaturu aran rayonlarında +22, +27 dərəcə olacaq.

Sinoptiklərin proqnozlarına əsasən, iyunun 8-9-da Qərbi Gürcüstanda hava şəraiti yaxşılaşacaq və +31, +33 dərəcəyə qədər isti olacaq. Şərqi Gürcüstanın yalnız bəzi rayonlarında yağış yağacaq.

Həmçinin, Milli Ətraf Mühit Agentliyində Tbilisidə vaxtaşırı yağış yağacağını bildirirlər. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə qeydə alınacaq.