Xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı ilə əlaqədar bir nəfər məsuliyyətə cəlb olunub
Xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı ilə əlaqədar bir nəfər məsuliyyətə cəlb olunub

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, Acara bölgəsində, xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı ilə əlaqədar şirkət direktoru məsuliyyətə cəlb edilib.

“Müqəssirin faktiki idarə etdiyi şirkət vasitəsilə, qanunsuz maddi fayda götürmək üçün vergi qanunvericiliyini pozaraq 2016-2019-cu illərdə sistematik olaraq gəlirləri haqqında düzgün olmayan bəyannamələr verdiyi və bu yolla ümumilikdə dövlət büdcəsinin xeyrinə 1 199 261 lari vəsaiti ödəməkdən yayındığı istintaqla müəyyən edilib.

Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır, bu isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”- deyə İstintaq Xidmətinin məlumatında qeyd olunub.