Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin video kadrlarını yayır
Xüsusi Penitensiar Xidmət Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin video kadrlarını dərc edir.
“Yüksək ictimai maraqdan irəli gələrək Xüsusi Penitensiar Xidmət məhbus Mixeil Saakaşvilinin müxtəlif dövrlərdə vəziyyətini əks etdirən video kadrları dərc edir.
Qeyd olunan videomaterialda məqsədi ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq olan Mixeil Saakaşvilinin imitasiya xarakterli hərəkətləri açıq-aydın görünür.
Video kadrlar dövlətin Mixeil Saakaşviliyə münasibətini, eləcə də Mixeil Saakaşvilinin tibb işçilərinə münasibətini, belə ki onun tərəfindən təhqir və aqressiv davranış faktlarını əks etdirir” – deyə Xüsusi Penitensiar Xidmətdə açıqlayırlar.