Xüsusi Penitensiar Xidmət İsrail vətəndaşı olan məhbusların telefon danışığını maliyyələşdirəcək
Xüsusi Penitensiar Xidmət İsrail vətəndaşı olan məhbusların telefon danışığını maliyyələşdirəcək. Bu barədə məlumatı Xüsusi Penitensiar Xidmət yayır.
“İsraildə cərəyan edən hadisələri nəzərə almaqla, Xüsusi Penitensiar Xidmət xoş niyətini ifadə edir və Gürcüstanın cəzaçəkmə sistemindəki təqsirləndirilən/məhkum olunmuş bütün İsrail vətəndaşlarını ailələri ilə əlaqə yaratmaq üçün pulsuz danışıq vaxtı ilə təmin edir” -deyə məlumatda deyilir.