Xüsusi Penitensiar Xidmət 6 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı açıqlama yayır
İctimai marağı nəzərə almaqla, Xüsusi Penitensiar Xidmət 6 saylı cəzaçəkmə müəssisəsində guya 75 məhkumun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatın mövcud reallığı kobud şəkildə təhrif etmək cəhdi olduğunu bildirir – bu barədə Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunduğu üzrə, aclıq aksiyasında iştirak edən məhkumlar üzərində gündəlik səhiyyə monitorinqi aparılır və onlar tibb işçilərinin xüsusi nəzarəti altındadırlar.
“Aclığın səbəbi kimi mövcud rejim şəraiti və tibbi xidmətin qeyri-kafi olması göstərilir.
Məlumat üçün bildirək ki, 6 saylı Cəzaçəkmə Müəssisəsi yüksək və riskli məhbusların yerləşdiyi qapalı tipli müəssisədir.
Tibb işçiləri 24 saatlıq rejimdə məhkumlara tibbi xidmət göstərirlər. Zəruri hallarda onlar mülki sektorun klinikalarından dəvət olunmuş bu və ya digər profilli həkim-mütəxəssislərin konsultasiyası ilə də təmin olunurlar. Planlı stasionar xidmətlər üçün, sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi əsasında, referallar elektron bazasında qeydiyyata alınır və təxirəsalınmaz halda sıralamaya əsasən müvafiq tibbi xidmətlər göstərilir.
Son bir ay ərzində adıçəkilən müəssisədən 21 məhkuma müəssisədən kənarda tibbi xidmət göstərilib.
6 saylı cəzaçəkmə müəssisənin nizamnaməsinə əsasən, məhkumların bir-biri ilə fiziki görüşünə və müxbirlik/məlumat mübadiləsinə icazə verilmir. Bundan irəli gələrək, mediada məhkumların yayılmış birgə bəyanatı həqiqətə uyğun deyil və konkret bir məhkum tərəfindən tərtib olunub, təsvir olunan ittihamlar və digər şəxslərin adları onun göstərişi ilə daxil edilib.
Xüsusi Penitensiar Xidmət ictimaiyyətdə dezinformasiyanın yayılmasının aradan qaldırılması üçün bütün media vasitələrini dəqiqləşdirilməmiş məlumat yaymaqdan çəkinməyə çağırır” – deyə açıqlamada qeyd olunub.