Xüsusi İstintaq Xidmətinin məlumatına görə, "TV Pirvelinin" çəkiliş qrupunun jurnalist fəaliyyətinə qanunsuz mane olması faktı ilə bağlı istintaqa başlanıldı
Xüsusi İstintaq Xidməti “TV Pirvelinin” çəkiliş qrupunun jurnalist fəaliyyətinə qanunsuz müdaxilə faktı ilə bağlı, Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə istintaqa başladı, – Bu barədə məlumatı istintaq orqanı yayır.
“Xüsusi İstintaq Xidməti istintaqın obyektiv və hərtərəfli aparılmasını təmin etmək üçün bütün zəruri istintaq və prosessual hərəkətləri intensiv şəkildə həyata keçirir”,- bəyanatda qeyd edilir.
“TV Pirvelinin” məlumatına görə, Batumidə çəkiliş qrupuna hücum etdilər və operatoru döydülər. Elə onların məlumatəna görə, insident 26 May parkı ərazisində baş verdi.