Xüsusi İstintaq Xidmətinin hesabatına əsasən Kaxeti və Sameqrelo bölgələrində istintaq ofisləri açılıb
Xüsusi İstintaq Xidmətinin hesabatına əsasən Kaxeti və Sameqrelo bölgələrində istintaq ofisləri açılıb

 

Xüsusi İstintaq Xidməti 2022-ci il üzrə fəaliyyət hesabatını dərc edib.

Hesabatda Xüsusi İstintaq Xidmətinin gücləndirilməsi və institusional genişləndirilmə çərçivəsində coğrafi çıxışı və effektiv istintaqı təmin etmək məqsədilə Telavi və Zuqdidi şəhərlərində regional idarələrin açıldığı qeyd olunub.

“Xüsusi İstintaq Xidməti dövlət məmurları tərəfindən törədilmiş nalayiq rəftar faktlarını, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən törədilmiş zorakılıq xarakterli cinayətləri və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bir sıra mühüm cinayətləri təhqiq edir. Obyektiv, sürətli və effektiv istintaqın aparılması idarədən müvafiq mobillik, istintaq, prosessual və əməliyyat funksiyalarının ləngimədən həyata keçirilməsini tələb edir. Məhz bu vəzifələri yerinə yetirmək məqsədilə idarə Kaxeti və Sameqrelo-Zemo Svaneti bölgələrində yeni ofislər açıb.

Yeni regional idarələrin infrastrukturu müasir standartlara tam uyğundur və MİŞ-lər üçün uyğunlaşdırılıb. Ofis istintaq orqanı üçün zəruri olan bütün infrastruktur, o cümlədən dindirilmə və şəxsiyyəti müəyyənləşdirmə otaqları ilə təmin olunub. Həmçinin, uşaqlara uyğunlaşdırılmış yetkinlik yaşına çatmayan şəxslərin məkanının təşkili və idarənin müxtəlif bölgələrdə çalışan işçilərinə yüksək keyfiyyətli müasir texnologiyalar vasitəsilə distansional şəkildə işgüzar görüşlərdə iştirak etmək və/və ya keçirmək imkanı verəcək telekörpü sistemlərinin quraşdırılması planlaşdırılır.

Yeni ofislər əlavə edildikdən sonra Xüsusi İstintaq Xidməti ölkə miqyasında Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Telavidə fəaliyyət göstərir ki, bu da bizə daha çox vətəndaşa müvafiq yardım göstərməyə imkan verir.

Xüsusi İstintaq Xidməti institusional genişlənmə prosesini aktiv şəkildə davam etdirir, növbəti il bir sonrakı regional idarə Rustavidə fəaliyyətə başlayacaq”- deyə hesabatda deyilir.